Ulduz futbolçu Lionel Messi "Barselona" azarkeşləri ilə vidalaşarkən təsirli sözlər deyib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu dedi vida nitqində belə deyib: "Çox kədərlənirəm, çünki bu klubdan ayrılmaq istəmirdim. "Barselona"nı çox sevirəm və burada qalmaq istəyirdim, müqaviləm hazır idi. Hamı bilir ki, buradan getmək istəmirdim. Hələ də istəmirəm, gedə bilmirəm. Qalmaq üçün əlimdən gələni etmişəm. Amma nə edək ki, daxili qaydalar buna imkan vermir".
Qeyd edək ki, futbolçunun yeni klubunun PSJ olacağı gözlənilir.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol