"Beşiktaş” ötən mövsüm İngiltərənin "Lester Siti” klubundan icarəyə götürdüyü Rəşid Gezzalı transfer edib.
Fanat.Az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı vinger bu gün İstanbula gələcək.
Futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacaq. Türkiyə mətbuatının yazdığına görə, "qara qartallar” Gezzalın transfer hüquqlarına yiyələnmək üçün 3,2 milyon avro ödəyib. Cinah yarımmüdafiəçisi hər mövsüm üçün 3 milyon avro qazanacaq.
Rəşid Gezzal ötən mövsüm "Beşiktaş”ın heyətində meydana çıxdığı 35 matçda 8 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildən "Lester Siti”də forma geyinirdi. Əlcəzair yığmasının da üzvü olan futbolçu əvvəllər "Fiorentina”, "Olimpik” (Lion) və "Monako”nun da uğurları üçün çalışıb.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol