Bu gün Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları keçiriləcək.
Fana.Az saytı həmin görüşlərdən ikisinin - "Legiya"-"Dinamo Zaqreb" və "Monako"-"Sparta Praqa" görüşlərin' olan proqnozunu sizə təqdim edir:
Polşada keçiriləcək oyunda həmyerlimiz Mahir Emrelinin üzvü olduğu "Legiya" klubu "Dinamo Zaqreb"i qəbul edəcək.
"Legiya"
Keçən mövsüm "Legia" 15-ci dəfə Polşa çempionu olub və bununla da UEFA Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb. "Hərbçi"lər yeni mövsümə heç də pis başlamayıb. Vaxt itirmədən Polşa təmsilçilərinin keçirdiyi son 5 oyuna nəzər yetirək.
"Legiya"-"Flora" 2:1
"Legiya"-"Visla Plok" 1:0
"Flora"-"Legiya" 0:1
"Legiya"-"Radomyak" 3:1
"Dinamo Zaqreb"-"Legiya" 1:1
"Dinamo Zaqreb"
22 qat Xorvatiya çempionu yeni mövsümə elədə uğurlu başlamayıb. Yüksək liqada (Polşa çempionatı) keçirdiyi 3 oyunun yalnız birində qalib gəlib. Digər oyunların birini heç-heçə birini də məğlubiyyətlə başa vurub. ÇL-nın seçmə mərhələsindəki rəqibləri "Valyur" və "Omonia"nı rahatlıqla keçə bilmişdi.
Zaqreblilər son 5 oyuna 10 qol vurub və yalnız 4 qol buraxıb.
"Dinamo Zaqreb"-"Omonia" 2:0
"Draqovolyak"-"Dinamo Zaqreb" 0:4
"Omonia"-"Dinamo Zaqreb" 0:1
"Dinamo Zaqreb"-"Ryeka" 3:3
"Dinamo Zaqreb"-"Legiya" 1:1
Son 4 oyunun 2-sində "Dinamo Zaqreb" hər iki hissədə qol vura bilib.
Proqnoz
Bərabər güclə oynayan komandalar görüşür. Klublar arasında keçirilən ilk oyun bunun bariz sübutudur. Topa sahib olmada və rəqibin qapısı istiqamətində vurulan zərbələrə nəzər yetirsək, üstünlüyün Zaqreb təmsilçilərinin tərəfində olduğunu müşahidə edərik. Bu da təəccüblü deyil - "Dinamo Zaqreb" evdə oynayırdı.
Bu gecə çox güman ki, üstünlük doğma meydanda olduqca yaxşı oynayan "Legiya"nın tərəfində olacaq. Xorvatlar ötən ili pis keçirməyiblər. Hazırki mövsüm isə komanda özünü yaxşı tərəfdən göstərə bilmir.
Bizim proqnoz - "Legiya" oyunun əsas vaxtında qalib gələrək mərhələni keçəcək. Xarici kontorlar buna 2,49 əmsal verir.
Alternativ proqnoz isə 1.81 əmsalla 3 qol olmayacağıdır (2.5 alt). Oyunun gərgin mübarizə şəraitində keçəcəyi lakin bunun əsasən meydanın mərkəzində daha çox baş verəcəyi gözlənilir.
Digər qarşılaşma isə "Monako" və "Sparta Praqa" arasında olacaq.
"Monako"
Ötən mövsüm Niko Kovacçın gəlişi ilə "Monako"da dəyişiklik müşahidə olundu. Moneqasklar Çempionlar Liqasının təsnifatına rahatlıqla vəsiqə qazana bildilər. Bu yolda ilk rəqib Praqa "Sparta"sı olumuşdur. Burada aşkar favorit "Monako" idi ki, bu da öz təstiqini tapdı. Səfərdə oynamasına baxmayaraq "ağ-qırmızılar" çətinlik çəkmədən 0:2 hesabı ilə qələbə qazandılar.
Ölkə çempionatının ilk turunda isə rəqib "Nant" olub. Həmin oyun 1:1 hesabı ilə nəticələnib. Görünür klub ilk turda elədə çox güc sərf etmək istəməyib. Unutmayaq ki, fərqli liqara yanaşma da müxtəlif olur.
Moneqasklar son 5 oyunun ikisini qələbə, ikisini heç-heçə, birini də məğlubiyyətlə başa vurub.
"Antverpen"-"Monako" 0:0
"Volfsburq"-"Monako" 1:2
"Real Sosyedad"-"Monako" 2:1
"Sparta Praqa"-"Monako" 0:2
"Monako"-"Nant" 1:1
"Sparta Praqa"
Çexiya təmsilçisi ÇL təsnifatında ilk olaraq Vyana "Rapid"i ilə üz-üzə gəlib. Pavel Vrbanın yetirmələri ilk oyunda səfərdən 1:2 hesablı qələbə ilə geri dönublər. Cavab oyununda isə 2:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıblar. Növbəti rəqib "Monako" olub və Praqalılar azarkeşlərini sevindirə bilməyiblər. Moneqasklara qarşı keçirilən ev oyununda 0:2 hesablı məğlubiyyətlə üzləşən "Sparta" bu gecə də favorit hesab olunmur. Amma komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib və uduzacağı təqdirdə bir o qədər də məyus olmayacaq.
Komandanın 4-nü qələbə ilə başa vurduğu son 5 oyununu sizə təqdim edirik:
"Sparta Praqa"-"Siqma" 3:2
"Sparta Praqa"-"Rapid Vyana" 2:0
"Slovan Liberets"-"Sparta Praqa" 0:5
"Sparta Praqa"-"Monako" 0:2
"Sparta Praqa""Karvina" 2:0
Proqnoz
"Monako" səfərdə "Sparta"ya qarşı çətinlik çəkmədən qalib gəldi. Amma bu heç də o demək deyil ki, bu gecə evdə də klub müəyyən qədər rahat oynayacaq. Mərhələ adlamaq üçün çexiya təmsilçisindən fərqli olaraq moneqasklar daha çox üstünlüyə malikdir və şübhəsiz ki, bu gün bunun şahidi olacağıq.
Qarşıdakı rəqiblərə hədə qorxu gəlmək üçün "Monako" yaranan vəziyyətləri maksimum qiymətləndirəcək. Belə vəziyyətlər isə az olmayacaq. Bu onu deməyə əsas veri ki, oyunda 2-dən (2,5 üst) daha artıq qol görəcəyik. Belə bir varianta xarici kontorlarda ən azı 1.72 əmsala rast gəlmək olar.
Alternativ olaraq 1.65 əmsalla "Monako"nun ən azı bir top fərqi ilə üstünlüyünü (fora -1) yazmaq olar.
Üçüncü alternativ isə oyunda hər iki komandanın qol vuracağıdır (QQ). "Sparta Praqa" meydana "itirəcək heç nə yoxdur" fikri ilə çıxsa, tamamilə açıq futbolla publikaya oynamağa çalışacaq. Buda gətirib qarşılıqlı qollara çıxara bilər. Kontorlar bu qərarı 1.6 əmsalla qiymətləndirir.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol