Bosniyalı hücumçu Edin Dzeko "Roma" klubundan "İnter" klubuna keçidini tamamlayır.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano öz "Twitter" hesabında məlumat yayıb.
Bildirilir ki, Edin Dzeko tibbi müayinədən keçmək üçün Milana gəlib. Müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, Dzeko klubu tərk edən belçikalı futbolçu Romelu Lukakunun hücum xəttindəki yerini doldurmaq üçün təcili olaraq kluba transfer olunub.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol