İngiltərə Premyer Liqasında çıxış edən klublar transferlərə La Liqa komandalarından 5,5 dəfə çox pul xərcləyib.
Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, "böyük beşlik" çempionatlarında transferlərin dəyəri hesablanıb. Premyer Liqa klubları artıq yeni futbolçuların keçidi üçün 695 milyon avro xərcləyib.
İkinci yeri gözlənilmədən 303 milyon avro ilə Alnamiya Bundesliqası tutur. İtaliya A Seriyası ilk "üçlüy"ü tamamlayır - 288 milyon.
Qeyd edək ki, La Liqa klubları 1/3 heyətini gücləndirmək üçün ümumiyyətlə pul xərcləmir. Hazırda komandalar yeni oyunçular üçün cəmi 125 milyon avro ayırıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol