Zaqreb "Dinamo” ilə matç Josip Juranovicin "Legiya” formasında son oyunu ola bilər.
Fanat.Az-ın məlumatına görə, belə bir iddia ilə xorvatiyalı jurnalist İzak Ante Suciç çıxış edib. O, özünün "Tvitter” səhifəsində bu barədə "Legiya” azarkeşləri üçün şok effektli paylaşım edib. Germanijak.hr saytının əməkdaşı bildirib ki, futbolçu Şotlandiya "Seltik"inin təklifini qəbul edib.
Germanijak.hr portalının jurnalisti İzak Ante Suciç "Legiya”nın da xorvat futbolçunun transferinə razılıq verdiyini deyib. İddiaya görə, yeni klubu onun üçün 3 milyon avrosundan keçəcək.
Josip Juranović "Legiya"da ötən mövsümdən çıxış edir. O, bu müddətdə 40 matçda meydana çıxaraq, bir qol vurub və on assist edib.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol