"Anderlext"in və Ukrayna millisinin yarımmüdafiəçisi Yevgeni Makarenko Macarıstanın "Fexervar"ına keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fexervar"ın rəsmi saytı yayıb.
30 yaşlı futbolçunun imzaladığı müqavilənin müddəti və şərtləri barədə məlumat yoxdur.
Makarenko 2018-ci ildən "Anderlext"də çıxış edirdi. Son mövsümü icarə əsasında digər Belçika klubunun - "Kortreyk"in uğurları üçün çalışan ukraynalı sözügedən ölkənin çempionatında 28 matça çıxıb və 3 qol vurub.
2014-cü ildən milliyə çağırılan Yevgeni Avro-2020-də də yığmanın sıralarında olub. O, Avropa çempionatında 2 matçda forma şansı qazanıb. Makarenko turnirin 1/8 finalında İsveçrəyə (2:1), 1/4 finalında isə İngiltərəyə (0:4) qarşı oynayıb.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol