16:24 12.08.2021 2087

Münəccimin proqnozu: "Neftçi" və "Qarabağ"dan nə gözləyək?

Bu gün UEFA Avropa Liqasında və Konfrans Liqasında yerli klublarımız - "Neftçi" və "Qarabağ" meydana çıxacaq. 
 
Fanat.Az saytı həmin görüşlərin proqnozunu sizə təqdim edir: 

İlk görüşdə "Qarabağ" AEL-ə qarşı yaxşı təsir bağışladı və nəticə olaraq, heç-heçə əldə etdi. Meydan sahibləri bu gün keçiriləcək cavab oyununda qonaqlara qalib gələ biləcəkmi? 

"Qarabağ"

"Qarabağ" son dörd görüşdür məğlub olmur. İlk mərhələdə İsrailin "Aşdod" klubu ilə üzləşən "köhlən atlar" rəqibə meydanın heç bir zonasında uduzmurdu. 
 
AEL-lə Kiprdəki oyunda Qurban Qurbanovun komandası rəqibdən heç də geri qalmırdi. Buna baxmayaraq, hesabı yalnız ikinci hissəyə əlavə olunan vaxtda bərabərləşdirə bildilər (1:1).
Bir neçə xırda epizodu nəzərə almasaq, "Qarabağ" ümumilikdə müdafiədə yaxşı oyun nümayiş etdirirdi.
 
Keçirdiyi son 4 oyun: 

"Qarabağ" - "Ausburq" 2:2 
"Qarabağ" - "Aşdod" 0:0
"Aşdod" - "Qarabağ" 0:1
AEL - "Qarabağ" 1:1

AEL

AEL-in də "Qarabağ" kimi, dörd oyunluq məğlubiyyətsiz seriyası var. Kipr təmsilçisi Konfrans Liqasının təsnifat mərhələsində Albaniyanın "Vlazniya" klubunu 2:0 hesabı ilə məğlub edib. Duşan Kerkezin (Dusan Kerkez) komandası ev oyununda Azərbaycandan olan rəqibinin müqavimətini qıra bilməyib. Görüşün sonunda qapısında qol görərək, üstünlüyünü qoruya bilməyib - 1:1. Nəticədə Bakıya çətin səfərə gəlib.

Keçirdiyi son 4 oyun:

AEL - "Olimpiakos Nikosia" 2:2
AEL - "Vilazniya" 1:0
"Vilazniya" - AEL 0:1
AEL - "Qarabağ" 1:1

Proqnoz

İlk oyun "Qarabağ"ın mövsümə daha yaxşı hazırlaşdığını və daha istəkli olduğunu açıq şəkildə göstərdi. Təmsilçilərimiz final fitinə qədər inamla mübarizə apardı. Eyni sözləri Limassol təmsilçisi barədə demək olmaz. AEL-də həyəcan hiss sezilirdi, oyunun ikinci hissəsində buna yorğunluq və bədbinlik də əlavə olundu.

Münəccimin fikrincə, oyun çətin keçəcək. Bununla belə, ev sahibinin üstünlüyünü qeyd etməmək olmaz. İlk növbədə doğma meydan və yerli azarkeşlər amilini vurğulamalıyıq. Düşünürük ki, bu gün AEL Konfrans Liqası ilə vidalaşacaq.

Birinci proqnoz - xarici kontorlarda 1.72 əmsalı ilə ev sahibi "Qarabağ"ın qələbəsi.

Hər iki klub son 3 oyunda birdən artıq qol vurmayıb. Sözsüz ki, mərc edənlər üçün bu vacib göstəricidir. Düşünürük ki, bu tendensiya bu gün də davam edəcək. Oyunun daha çox meydanın mərkəzində keçəcəyi gözləniləndir. 

İkinci proqnoz - oyunda 2-dən artıq qol olmayacağı (2.5 ALT). Bu variant xarici kontorlarda 1.68 və ya 1.70 əmsalla qiymətləndirilir.

Avropa Liqasının ikinci təsnifat mərhələsində HİK klubu "Neftçi" ilə üz-üzə gələcək.

HİK

Bakıda "Neftçi" ilə əldə edilən heç-heçə (2:2) HİK üçün ardıcıl 4-cü məğlubiyyətsiz oyun idi. Bundan sonra Finlandiya klubu daxili çempionatda KTP-ni məğlub edərək, bu seriyasını uzatdı.
Bəli, komanda 5 oyundur məğlub olmur. Amma məğlubiyyətsiz keçən 5 oyunun yalnız 2-sini qələbə ilə başan vuran Helsinki təmsilçisi heç-heçəyə meyllidir. 

"Neftçi" ilə görüşdən əvvəl finlər Çempionlar Liqasına düşmək üçün mübarizə aparırdı. Təsnifat mərhələsində "Malmö" ilə görüşdən məğlub (ümumi hesab 3:4) ayrılan komanda qitənin ən nüfuzlu klub turniri ilə vidalaşmalı olub. Bu istəyi baş tutmayan klub "heç olmasa" düşüncəsi ilə qələbə qazanmağa köklənib.

Keçirdiyi son 5 oyun:

HİK - "Haka" 2:0
HİK - "Malmö" 2:2
HİK - SJK 0:0
"Neftçi" - HİK 2:2
KTP - HİK 0:1

"Neftçi"

"Neftçi" HİK-lə son görüşdəki heç-heçə ilə qısa yenilgi seriyasına son qoydu. Keçirdiyi son 3 oyunda 2 məğlbiyyət və bir heç-heçə ilə yadda qalan flaqman ÇL-in təsnifat mərhələsində "Olimpiakos"a hər iki görüşdə minimal hesabla uduzaraq - eynilə HİK kimi, bu turnirlə vidalaşdı.

Düzdür, bundan əvvəl "Neftçi" heç də pis təsir bağışlamırdı. Xüsusilə ÇL-in ilk təsnifat mərhələsinin - Tbilisi "Dinamo"sunun birnəfəsə keçilməsini qeyd etməyə dəyər. Yay hazırlıq dönəmində Moskva "Spartak" üzərində qələbə (2:1) də xatırlanmalıdır. 

Keçirdiyi son 5 oyun:

"Dinamo Tbilisi" - "Neftçi" 1:2
"Neftçi" - "Dinamo Tbilisi" 2:1
"Olimpiakos" - "Neftçi" 1:0
"Neftçi" - "Olimpiakos" 0:1
"Neftçi" - HİK 2:2

"Neftçi"nin Avropa Liqasında növbəti təsnifat mərhələsinə yüksəlmək şansı azdır" deyənlər ola bilər. Gəlin detallı şəkildə incələyək. Bəli, heyətdə boşluqlar var, komanda istənilən səviyyədə hazırlıqlı deyil. Buna rəğmən, "Neftçi" sona qədər döyüşəcək. İndiki məqamda qələbə qazanıb növbəti mərhələdəki potensial rəqibi - "Fənərbağca"nı Bakıya gətirmək, eyni zamanda Konfrans Liqasında qrup mərhələsini təmin etmək daha məqsədəuyğundur, nəinki, məğlub olmaq. Belədə "Neftçi" güclü "Makkabi" ilə daha bir mərhələ oyunu keçirməli gələcək. Bu o deməkdir ki, HİK-lə cavab oyununda aşkar favorit yoxdur. Helsinki təmsilçisi üçün bugünkü matç özlərinin də dediyi kimi, daha çox maliyyə motivasiyasıdır.

Hər iki klub oyuna ehtiyyatlı başlayacaq və görünür ki, bu tendensiya oyun boyu davam edəcək. Oyunun uzatma dəqiqələrinə qədər uzanacağı da istisa olunmur. 90 dəqiqəyə verəcəyimiz ilk proqnoz 1.97 əmsalı ilə oyunda ən çoxu 2 qolun olacağı (2.5 ALT) variantıdır.
 
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

Facebookdan bizi izləməyi unutmayın.
X