PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya komandanın ulduz hücumçusu Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçunun Mbappe barədə söylədiklərini ESPN belə çatdırıb:
"Məncə, Kilian PSJ-də qalacaq. Düzdür, onu bütün böyük klublar öz heyətlərində görmək istəyərlər. Amma indi Mbappenin belə güclü komandanı qoyub gedəcəyinə inanmıram. Çünki daha güclüsünü tapmaq mümkün deyil".
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol