"Çelsi"nin alman baş məşqçisi Tomas Tuxel (Thomas Tuchel) belçikalı hücumçu Romelu Lukakudan başqa, həm də Erlinq Holand (Erling Holland) və Robert Levandovskini də (Robert Lewandowski) heyətə qatmaq istədiklərini bildirib.
Fanat.Az xəbər verir ki, "Football London" 47 yaşlı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Əvvəlcə hədəfimiz Lukaku ilə birlikdə Holandı da heyətə qatmaq idi. Bu transferlər baş tutacağı təqdirdə, Levandovskini də "10 nömrə" kimi onların arxasında oynatmaq üçün planlarımıza daxil etmişdik. Təəssüf ki, klub rəhbərliyi bizə qulaq asmadı"
Qeyd edək ki, "Çelsi"nin çoxsaylı cəhdlərinə baxmayaraq Dortmund "Borussiya"sı Holandı satmağa razılaşmayıb.
Emin Şəmsiyev