Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 16 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Kaluşa Bvalya (Kalusha Bwalya)
16 avqust 1963-cü ildə Afrika Millətlər Kubokunun gümüş (1994) və bürünc (1996) mükafatçısı, 2 qat Niderland çempionu (1991, 1992), 2 dəfə Niderland Kubokunun qalibi (1989, 1990), Afrikada ilin ən yaxşı futbolçusu (1988) Kaluşa Bvalya dünyaya gəlib.
Karyerasının ən parlaq dönəmini Niderlandın PSV klubunda keçirən Zambiyalı hücumçu, klubun heyətində 101 oyuna 25 qolla yadda qalıb.
Berlin Olimpiadasının bağlanış mərasimi baş tutub.
1936-cı ilin bu günü Berlində XI Olimpiya Oyunlarına yekun vuruldu. Oyunlarda 49 ölkədən 4066 (3738 kişi, 328 qadın) idmançı iştirak edirdi.
Həmin Olimpiadada İlk dəfə olaraq Əfqanıstan, Bermud adaları, Boliviya, Kosta Rika və Lixtenşteyn çıxış edib.
Emin Şəmsiyev