Almaniya Superkubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici matçda “Bayer Münhen” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.
“Siqnal İduna Park”da keçirilən oyun münhenlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Bayer” tarixində 9-cu dəfə Almaniya Superkubokunu qazanıb.
Almaniya Superkuboku
17 avqust
Borussiya (Dortmund) - Bayer Münhen 1:3
Qollar: Roys, 64 - Levandovski, 41; 74. Müller, 49.