Futbol üzrə Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında ağır yenilgiyə uğrayıb. Renatın komandası “Portimonense”yə 0:3 hesabıyla uduzub.
Uzun müddətdir milli formada gözə dəyməyən futbolçu matçın 79-cu dəqiqəsində meydana çıxıb.
3 tura 3 xal toplaya bilən “Tondela” 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.
Nihat