Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
Fanat.Az xəbər veirr ki, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 kollektiv bəlli olub.
PSV Niderlandda “Benfika”nın qapısına yol tapa bilməyib. Birinci oyunda qələbəyə sevinən Portuqaliya təmsilçisi rəqib meydanındakı "quru" heç-heçə sayəsində istəyinə çatıb. “Ludoqorets” Bolqarıstanda İsveç “Malmö”sünü yensə də, qonaqlar iki matçın nəticəsinə görə qrupda oynamaq hüququ qazanıb. “Ferentsvaroş” isə Macarıstanda “Yanq Boyz”la münasibətlərinə aydınlıq gətirib. Səfər görüşündə də eyni hesabla qalib gələn İsveçrə komandası qrup mərhələsinə yüksəlib.
Pley-offun qalan oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
24 avqust
PSV (Niderland) – Benfika (Portuqaliya) 0:0
İlk oyun – 1:2
Ludoqorets (Bolqarıstan) – Malmö (İsveç) 2:1
Qollar: Nedyalkov, 10. Sotiriu, 60-pen. - Birmançeviç, 42
İlk oyun – 0:2
Ferentsvaroş (Macarıstan) – Yanq Boyz (İsveçrə) 2:3
Qollar: Uinqo, 18. Mmae, 27 - Tseziger, 4. Fassnaxt, 56. Mambimbi, 90+3.
İlk oyun – 2:3.
Nihat