"Yuventus"dan ayrılaraq köhnə-yeni klubuyla - "Mançester Yunayted"lə anlaşan Kriştianu Ronaldu İngiltərədə deyil.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Turindən Lissabona uçmağı planlaşdıran 36 yaşlı hücumçu Portuqaliya millisinə qoşulacaq.
İş ondadır ki, İngiltərə Premyer Liqası çərçivəsində sabah keçiriləcək "Vulverhempton" - "Mançester Yunayted" oyununa qədər bütün sənədlərin qaydasına salınması mümkün olmayacaq. Həmin görüşdə meydana çıxa bilməyəcəyi dəqiqləşən superulduz milli komandaların sentybardakı oyunları başa çatandan sonra İngiltərəyə yollanacaq.
Qeyd edək ki, dünən "Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə Ronaldunun heyətə qatıldığını açıqlayıb.
Nihat