Portuqaliya millisinin üzvü Rikardu Pereyra DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçı buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin İrlandiya və Azərbaycanla matçda iştirak edə bilməyəcəyi bildirilib. O, zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə Nelson Semedu heyətə daxil edilib.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 7-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.