Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında "Minay"ın formasının geyinən Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də var.
21 yaşlı forvard evdə Donetsk "Şaxtyor"u ilə 1:1 hesablı heç-heçə etdikləri matçın 76-cı dəqiqəsində fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib.