Bağırsaq əməliyyatı keçirən əfsanəvi veteran futbolçu, üçqat dünya çempionu Pelenin intensiv terapiya şöbəsini tərk edəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "futbol kralı"nın qızı şəxsi "İnstaqram" səhifəsində məlumat yayıb:
"Dostlar, dəstəyiniz üçün hər birinizə ayrıca təşəkkür edirəm! Çoxlarına cavab vermək imkanım olmadı, amma yazdıqlarınızı oxudum və dəstəyinizi hiss etdim.
Atam əməliyyatdan sonra özünü yaxşı hiss edir, heç bir ağrısı yoxdur və əhval-ruhiyyəsi yaxşıdır (sadəcə jele yediyi üçün əsəbləşir, amma hələlik belə davam edəcək). Bir-iki gündən sonra palataya köçürüləcək və daha sonra evə buraxılacaq.
Güclü və inadkardır. Peşəkar həkim qrupunun dəstəyi və qayğısı ilə əhatə olunub. Göndərdiyiniz enerji və sevginin sayəsində xəstəliyin öhdəsindən gələcək!".
Xatırladaq ki, sentyabrın 6-sı Pele sağ bağırsağında yaranan şişin götürülməsi üçün əməliyyat olunub.
Emin Şəmsiyev