"Yuventus"un baş məşqçisi İqor Tudor klub ilə müqaviləsini ləğv edib.
Fanat.Az xəbər verir ki, məlumatı italyan insayder Canluka Di Martsio "Twitter" səhifəsi üzərindən yayıb.
Xəbərə görə, xorvatiyalı mütəxəssisin bu addımı atmasının səbəbi "Verona"ya keçmək istəyidir.
Qeyd edək ki, "Verona" baş məşqçisi Eusebio Di Françeskonu istefaya göndərib. 52 yaşlı mütəxəssis komandada 3 ay çalışıb.
Röya