Türkiyənin "Anadolu Efes" basketbol klubunun çalışdırıcısı Ergin Ataman futbol üzrə milli komandanın baş məşqçisi seçimi ilə bağlı fikirlərini açıqlayıb.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis yığmaya alman məşqçi Ştefan Kuntsun gətirilməsinə qarşı olduğunu bildirib:
"Mən xarici mütəxəssislərə qarşı deyiləm. Ancaq Almaniyanın U-21 millisini çalışdıran bir məşqçi futbolumuzu dəyərsiz hala gətirib çıxaracaq. Fikrimcə, futbol üzrə millimizi türk mütəxəssis çalışdırmalıdır."
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş istefaya göndərilib.
Emin Şəmsiyev