Şenol Güneşin istefaya göndərilməsinin ardından Türkiyə millisinin baş məşqçi postuna bir çox məşqçilər namizəd göstərilir.
Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, ölkənin tanınan jurnalistlərindən olan Yakuq Çinar namizədlərdən ikisinin adını açıqlayıb.
O, bu posta Cennaro Qattuzo (Gennaro Gattuso) və ya Ştefan Kuntsun (Stefan Kuntz) gəlmə ehtimalı olduğunu yazıb.
Xatırladaq ki, Şenol Güneş bu yay AVRO-2020-nin final, ardı ilə DÇ-2022-nin seçmə mərhələsində uğursuz çıxışa görə milli komandanın baş məşqçi postundan göndərilib.
Emin Şəmsiyev