"Kalyari" klubunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya təmsilçisinin rəsmi saytı yayıb.
Komanda Valter Massariyə (Walter Mazzarri) həvalə olunub. Məşqçinin köməkçilərinin də adları məlum olub. Onlardan biri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sabiq koməkçisi Klaudio Beluççudir.
Xəbərə görə, 59 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.