Türkiyə çempionatının 1-ci liqasında V turun oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" növbəti matçına çıxıb.
"Samsunspor"u qonaq edən "ağ-yaşıllar" çempionatdakı uğursuz gedişata darmadağınla son qoyub - 4:1.
Namik oyuna 61-ci dəqiqədə əvəzetmədən qoşulmasına baxmayaraq, böyükhesablı qələbədə yaxından iştirak edib. Komandası hesabda 2:1 öndə olarkən, ancaq qırmızı vərəqəyə görə meydanda 10 nəfərlə qalarkən meydana daxil olan futbolçumuz son 2 qolda ötürmə müəllifi olub.
Beləliklə, çövsümdə ilk qələbəsini qazanan "Bursaspor" xallarını 4-ə çatdıraraq, autsayder mövqeyindən bir qədər uzaqlaşıb. Fatih Tekkenin komandası hazırda 12-ci sırada qərarlaşıb.
Oyunun videoicmalını təqdim edirik: