"Fənərbağça" Türkiyədə hər zaman ən sevdiyim klub olub"
Fanat.Az xəbər verir ki, bu sözlər İstanbul klubunun yarımmüdafiəçisi Məsut Özilə məxsusdur.
"Fotomaç"a danışan futbolçu bu klubda oynamağın onun üçün önəmindən bəhs edib: "Başqa ölkələrdən də məni istəyənlər var idi. "Fənərbağça" işə qarışandan sonra qalanlarının mənim üçün heç bir əhəmiyyəti qalmadı. Daha yüksək maaşlı təkliflər var idi. Yalnız "Fənərbağça"! Buada oynamaq mənim üçün önəmlidir və komandada özümü yaxşı hiss edirəm."
Xatırladaq ki, Özilin klubla müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Emin Şəmsiyev