"Barselona"nın futbolçusu Pedri sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
18 yaşlı ispan yarımmüdafiəçi ötən gün ÇL-in qrup mərhələsinin I turunda "Bayern Münhen"ə qarşı oyunda zədələnib.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Qeyd edək ki, "Barselona" - "Bayern Münhen" oyunu Kataloniya təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Röya