"Arsenal"ın əfsanəvi hücumçusu Tyeri Anri (Thierry Henry) "topçular"ın əsas rəqiblərindən olan "Tottenhem"in "bostanına daş atıb".
Fanat.Az xəbər verir ki, "Amazon Prime" telekanalının studiyasında "Renn" - "Tottenhem" (2:2) matçından əvvəl aparıcının “Tottenhem"ə qarşı oyunda narahat olmağa dəyər?" sualına 44 yaşlı mütəxəssis zarafatla cavab verib: “Bağışlayın, kiminlə? "Tottenhem" kimdir? Mən onları tanımıram".
Xatırladaq ki, İPL-də hazırda "Tottenhem" 7-ci, "Arsenal" isə 16-cı pillədə qərarlaşıb.
Emin Şəmsiyev