"Milan" müdafiəçisi Simon Kyer (Simon Kjær) ilə müqaviləni yeniləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti Pedro Almeyda yayıb.
Xəbərə görə, "rossonerlər" 32 yaşlı danımarkalı ilə sözləşmənin müddətini 2024-cü ilə qədər uzatmağı planlaşdırır. Artıq tərəflər arasında danışıqlar başlanıb.
Qeyd edək ki, Simon Kyer 2020-ci ildən "Milan"ın şərəfini qoruyur.
Röya