Uruqvay millisinin və "Atletiko Madrid" klubunun sabiq hücumçusu Dieqo Forlan baş məşqçisi olduğu "Atenas"dan qovulub.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, qovulmağa səbəb rəhbərliyin komandanın nəticələrindən narazılığı olub.
"Atenas" Uruqvayın ikinci divizion klubudur. Komanda hazırda turnir cədvəlinin 5-ci pilləsində yer alır.
Xatırladaq kİ, 42 yaşlı mütəxəssis daha əvvəl "Penyarpol" klubunu çalışdırırdı.
Emin Şəmsiyev