"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin (Roy Keane) İPL-in 5-ci turu çərçivəsində keçirilən "Tottenhem" - "Çelsi" oyunu (0: 3) barədə fikirlərini bildirib.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, tanınmış mütəxəssis ev sahiblərinin belə məsuliyyətsiz oyununa heç bir səbəb tapa bilmədiyini dilə gətirib:
"Meydanda elə bil kişilər uşaqlara qarşı oynayırdı. Bu dərəcədə pis oynadıqlarına inana bilmirdim. Bəli komandada oyunun alınmadığı günlər olur. Amma bu gün biz futbolçuların oynamaq istəyinin olmadığını müşahidə etdik. Özlərini işə vermək istəmirdilər.
"Tottenhem"in oyununda baxanda çox qəzəbləndim. Onların ifasında futbola aid olan heç bir şey yox idi. Beş yaşında uşaq belə buna diqqət yetirərdi. Əsas da Harri Keyn (Harry Kane) zəif təsir bağışladı".
Xatırladaq ki, Çelsinin heyətində qolları Tiaqo Silva (49), Nqolo Kante (57) və Antonio Rüdiger (90+2) vurub.
Emin Şəmsiyev