Almaniyalı mütəxəssis Ştefan Kuntz futbol üzrə Türkiyə millisinin baş məşqçisi olaraq ictimaiyyətə təqdim olunub.
Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, TFF-nin prezidenti Nihat Özdemir 58 yaşlı futbol mütəxəssisini ictimaiyyətə Türkiyə millisinin baş məşqçisi olaraq təqdim edib.
Kuntz türkiyədə çalışacağından məmnun olduğunu dilə gətirib:
"Burada işləyəcəyimdən çox qürurlanıram. Qarşıda görməli olacağımız çox iş var.
Hədəfimiz növbəti DÇ-də layiqincə çıxış etməkdir. Yerli futbolçuların potensialına bələdəm.
Görməli olduğum ən birinci iş türk dilini öyrənmək olacaq".
Xatırladaq ki, Ştefan Kuntzla Türkiyə millisi arasında 3 illik müqavilə imzalanıb.
Emin Şəmsiyev