"Borussiya Dortmund"un hücumçusu Erlinq Holandın (Erling Haaland) növbəti qolunun videosu Almaniya Bundesliqasının "Twitter" səhifəsində 1,8 milyondan çox baxış sayı toplayıb.
Fanat.Az xəbər verir ki, norveçli hücumçu Bundesliqanın 5-ci turunda "Berlin Union"la matçda (4:2) dubla imza atıb.
Oyunun 83-cü dəqiqəsində 21 yaşlı futbolçu müdafiənin dərinliyindən gələn topu bir toxunuşla qapıçının başı üzərindən ataraq qapıdan keçirib.
Həmin baxımlı qolun videogörüntüsünü təqdim edirik:
Speechless. 😱 @ErlingHaaland #BVBFCU pic.twitter.com/rdswc7SICG
— Bundesliga English (@Bundesliga_EN) September 19, 2021
Xatırladaq ki, 5 turdan sonra "Borussiya Dortmund" klubu 12 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Emin Şəmsiyev