Yay "transfer pəncərəsi" bağlandıqdan sonra futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Calciomercato" nəşri: "Yuventus" "Arsenal"ın ulduzu Bukayo Sakanı qış "transfer pəncərəsi"ndə öz heyətinə qatmağı planlaşdırır.
"Atletiko Madrid"in skautları isə üçüncü dəfədir futbolçu ilə görüşmək üçün Londona üz tutub. Onlar futbolçuya daha yüksək maaş verərək onu heyətlərinə qatmağı planlarşdırır.
"Fichajes" nəşri: "Real Madrid" PSJ-nin braziliyalı müdafiəçisi Markinyosu (Mrquinhos) almaqda maraqlıdır. Transfer yanvar ayında baş tuta bilər.
"Calciomercato" nəşri: "Tottenhem" klubunun fransalı yarımmüdafiəçisi Ndombele, "Mançester Yunayted"in qış "transfer pəncərəsi"ndəki planlarına daxildir.
Matteo Moretto, "AS" nəşrinin jurnalisti: "Barselona" Pedri ilə müqavilə müddətini uzadacaq. Oktyabr ayında bu barədə rəsmi açıqlama olacaq.
Emin Şəmsiyev