İngiltərə Premyer Liqası çərçivəsində "Vest Hem"ə qarşı oyunda Kriştianu Ronaldu (Cristiano Ronaldo) vurduğu qolla yanaşı, daha bir göstərici ilə azarkeşləri təəccübləndirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 36 yaşlı ulduz oyunun ən sürətlisi seçilib. Onun sürəti 32.51 km / saata çatıb. Bununla Kriştianu hətta 23 yaşlı Aron Van-Bissakanı da (Aaron Wan-Bissaka - 32.41 km / saat) qabaqlayıb.
Xatırladaq ki, Ronaldu İPL-də "Mançester Yunayted"in heyətində çıxdığı iki oyuna 3 qolla yadda qalıb.
Emin Şəmsiyev