2014-cü ilin bu günü "Çelsi" klubunun və ingiltərə millisinin əfsanəsi Frenk Lempard (Frank Lampard) olduqca dramatik bir qolla yadda qalıb.
Fanat.Az xəbər verir ki, 2014-cü ildə Lempard "Çelsi"dən (klubda keçirdiyi 13 ildən sonra) "Mançester Siti" klubuna transfer olunmuşdu.
Futbolçu İPL çərçivəsində doğma klubuna qarşı ("Mançester Siti" - "Çelsi" 1:1) oyunun 77-ci dəqiqəsində meydana çıxır və bir neçə dəqiqədən sonra "Çelsi"nin qapısına qol vurur.
Lempard bu qolu nəinki bayram etmir, hətta müəyyən qədər məyus olur.
Həmin qoldan sonra bir çox "Çelsi" azarkeşi olduqca duyğulandığını və ağladığını bildirmişdi. Bəzi azarkeşlər isə qapılarında qol görmələrinə baxmayaraq, futboloçunu ayaq üstə alqışlayırdı.
Lempard özü də bu hadisəni şərh edib:
“Futbolçu olaraq işimi görməmək mənim üçün qeyri-peşəkarlıq olardı. Qoldan sonra bir az başım gicəlləndi. Ağlıma gətirə bilməzdim ki, nə vaxtsa "Çelsi"nin qapısına qol vuraram".
Həmin dramatik qolun videogörüntüsünü təqdim edirik:
Emin Şəmsiyev