İngiltərə millisinin və "Real Madrid" klubunun əfsanəvi yarımmüdafiəçisi Devid Bekhemin (David Beckham) oğlu Romeo ABŞ-da peşəkar futbolçu olaraq debüt edib.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ABŞ-ın 3-cü divizionunda çıxış edən "Fort-Loderdeyl" klubunda ilk rəsmi matçına çıxıb.
Qeyd edək ki, ata Bekhem onu peşəkar futbolçu olaraq sahibi olduğu "İnter Mayami" klubunda görmək niyyətindədir. Devid bu barədə klubun baş məşqçisi Fil Nevilə də xəbər verib. Hazırda futbolçu atasının nəzarəti altında intensiv məşqlərlə məşğuldur.
Emin Şəmsiyev