Həftəsonu İngiltərə Premyer Liqasında ilk yaşanacaq.
Fanat.Az xəbər verir ki, Carred Cillet (Jarred Gillett) şənbə günü "Uotford" - "Nyukasl" oyununu idarə etməklə Premyer Liqa oyununu idarə edəcək ilk xarici ölkə rəsmisi olacaq.
34 yaşlı avstraliyalı mövsümün əvvəlində PGMOL (Professional Game Match Officials Limited) tərəfindən 1-ci kateqoriyaya yüksəlib.
Cillet doqquz ilini öz ölkəsində A Liqasında keçirdikdən sonra EFL-də hakim olmaq üçün 2019-20 mövsümü ərəfəsində İngiltərəyə köçüb. Son iki mövsümdə İngiltərə "Liqa 1", "Liqa 2" və Çempionşipdə hakimlik edib. Bu mövsüm isə Premyer Liqada VAR hakimi funksiyasını icra edib.
Qeyd edək ki, keçmiş Premyer Liqa hakimi Dermot Kallager İrlandiyada doğulsa da, 16 yaşında İngiltərəyə köçüb. Bu üzdən o, İngiltərə federasiya nümayəndəsi hesab edilirdi. Təsadüfi deyil ki, o, hətta 2002-ci ildə İrlandiya və Rusiya arasında keçirilən oyunda hakim təyin olunmuşdu.
Mirağa