Türkiyə Superliqasının 6-cı turu çərçivəsində "Beşiktaş"la oyunda vurduğu qoldan sonra "Adana Demirspor"un hücumçusu Mario Balotellinin Sergen Yalçına etdiyi işarə, jest hansı anlama gəlir?
Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, bir neçə il öncə Sergen Yalçın Balotelli barəsində "Bu insanın beyni yoxdur" demişdi.
Super Mario vurduğu qoldan sonra başını göstərərək bu jestlə "Beşiktaş"ın baş məşqçisinə cavab mesajı göndərib. Futbolçu bu hərəkəti ilə "beynim var" demək istəyib.
Balotelli bu hərəkətin ardından sarı kartla cəzalandırılıb.
Həmin epizodun videogörüntüsünü təqdim edirik:
Xatırladaq ki, "Beşiktaş" - "Adana Demirspor" oyunu 3:3-lük heç-heçə ilə yekunlaşıb.
Emin Şəmsiyev