Futbol üzrə İngiltərə Liqa Kuboku çərçivəsində "Uikomb Uonderers"i 6:1 hesabı ilə məğlub edən "Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola (Pep Guardiola) oyunun nəticəsini şərh edib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis meydana buraxdığı 8 akademiya futbolçusunun sərgilədiyi oyundan razı qaldığını dilə gətirib:
“Akademiyamıza böyük təşəkkürümü bildirmək istəyirəm. Çox yaxşı oyunçularımız var. Onlar bir və ya iki nəfər deyil, daha çoxdur. İnanılmaz dərəcədə futbol savadı olan insanlardır. Ailələrinə təşəkkür edirəm. İstedadlı oyunçularımız var.
Bu klubda yerlərini yalnız bacarıq və istəklə qazanıblar. "Mançester Siti" nin baş məşqçisi olmaqdan qürur duyuram"
Vurulan qolların videogörüntüsünü təqdim edirik:
Qeyd edək ki, həmin oyunda "şəhərlilər"in əsas heyətində 6 akademiya futbolçusu olub. Daha iki gənc futbolçu isə ikinci hissədə meydana çıxıb.
Emin Şəmsiyev