Kamerun millisinin və "Barselona" klubnun əfsanəsi Samuel Etoo KFF-nin (Kamerun Futbol Federasiyası) prezidentliyinə namizəddir.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq hücumçu 3 namizədin içərisində daha şanslı görünür. Keçirilən qeyri rəsmi sorğu zamanı ölkə ictimaiyyəti məhz Etoonu federasiya rəhbəri qismində görmək istədiyini bildirib.
Xatırladaq ki, Samuel Etoo 4 dəfə (2003, 2004, 2005, 2010) Afrikanın ən yaxşı futbolçusu seçilib.
Emin Şəmsiyev