"Bazel"in hücumçusu Artur Kabral İsveçrə çempionatında rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, braziliyalı forvard Super Liqada ilk yeddi oyunda 10 qol vurmaqla tarixə düşüb.
İndiyə qədər İsveçrə çempionatında heç bir oyunçu startda on qol vura bilməyib. Braziliyalı son turda "Sankt Qallen"lə görüşdə dubl müəllifi olmaqla, rekord gerçəkləşdirib.
Qeyd edək ki, ötən həftə Konfrans Liqasında Bakıda "Qarabağ"la (0:0) qarşılaşan "Bazel"in hücumçusu heç nə ilə yadda qalmayıb.
Mirağa