Bosniya və Hersoqovina premyer-liqasının son turunda insident yaşanıb.
Fanat.Az xəbər verir ki, "Velej" (Mostar) - "Borats" (Banya) qarşılaşması 82-ci dəqiqədə, qonaqların 2-ci qolu vurmasından dərhal sonra yarımçıq dayandırılıb. Buna səbəb hakim Sabriya Topaloviçin qərarından qəzəblənmiş yerli azarkeşlərin meydana axışması olub.
Ən dəhşətli hadisə isə oyundan sonra baş verib. Ədalət təmsilçiləri şəxsi avtomobillə Mostar şəhərini tərk edərkən bir qrup fanat tuneldə onların qarşısını kəsib. Gələn avtomobildə 4 şəxs olub. Onlar hakimin maşınını zədələdikdən sonra içərisinə yanan məşəl atıblar. Beləliklə avtomobildə olan 3 ədalət təmsilçisindən biri yaralanıb və xəstəxanaya çatdırılıb. Hücum edən şəxslərin axtarışları hələ də davam edir. Yerli mətbuat yanmış avtomobilin fotosunu dərc edib:
Mirağa