Peşəkar idmançıların böyük bir qismi bacarıqlarını uşaqlıqdan inkişaf etdirməyə başlayır. Bir çox idmançılar erkən yaşlarından xüsusi nəzarət altında məşqlər keçirlər və tədricən mötəbər yarışlarda iştrak etmək imkanı qazanırlar. Peşəkarlıq səviyyəsinə çatmazdan öncə illərlə yüksək hazırlıq hər bir idmançının uğur açarıdır. Amma idmana olduqca gec yaşlarında gəlib möhtəşəm nəaliyyətlər əldə edən tanınmışlar da var.
Fanat.Az idmana gec gələn amma yüksək nəticələr əlda edən peşəkarların bir neçəsini təqdim edir:
Nikolay Valuyev - 21 yaş
Nikolay Valuev, ağır çəkidə dünya çempionu olan ilk rusiyalı boksçudur. Ən uzun boylu və ən ağır çəkili dünya çempionu olaraq rekord sahibidir. Valuevin boyu 213 sm, çəkisi təxminən 150 kiloqramdır.
Nəhəng Valuyev 19 yaşına qədər basketbolla məşğul olub. Bu idman növündə bir neçə uğurlu nəaliyyəti də var - gənclər arasında ölkə çempionu (1990), gənclər arasında rusiya çempionatının ən yaxşı basketbolçusu (1991).
Daha sonra Valuyev basketboldan uzaqlaşıb yüngül atletika ilə məşğul olur və nüvə atma üzrə idman ustası adına layiq görülür.
Nikolay boksla 20 yaşında tanış olur və bir il bu idman növü ilə məşğul olandan sonra öz bədən ölçülərinə görə peşəkar rinqlərə çıxmağa başlayır.
Peşəkar rinqə olduqca gec gəlməsinə baxmayaraq uzun müddət məğlubedilməz boksçu olaraq tarixə düşüb.
Boksçunun nəaliyyətləri: WBA üzrə ağır çəki dərəcəsində dünya çempionu (2005-2007, 2009), Pan Asiya Boks Assosiasiyasının çempionu (2000), Peşəkarlar arasında Rusiya çempionu (1999).
Moreno Toriçelli - 22 yaş
Toriçellinin taleyi olduqca maraqlıdır. 22 yaşında dülgər işləyən Moreno ağlına belə gətirə bilməzdi ki, nə vaxtsa "Yuventus" klubunda forma geyəcək.
"Yuventus"un futbolçuları və məşqçilər heyəti mövsüm öncəsi istirahət məqsədi ilə İtaliyanın Lombardiya bölgəsinə gəlirlər. Komandanın baş məşqçisi Komo vilayətinin yerli həvəskarlarıdan ibarət "Karateze" klubu ilə qeyri rəsmi oyun keçirmək qərarına gəlir.
Həmin vilayətdə yaşayan 22 yaşlı Toriçelli məcburiyyətdən "Karateze"nin xəstəxanada yatan müdafiəçisinin əvəzinə meydançaya çıxmaq təklifi alır. Oyun zamanı "Yuve"nin baş məşqçisi heç kəsə tanış olmayan müdafiəçinin oyununu bəyənir və görüşdən sonra futbolçunu komandanın düşərgəsində görmək istədiyini bildirir.
"Karateze" klubu sərfəli transfer əməliyyatının olacağını bilərək dərhal Toriçellini klubun rəsmi oyunçusu edir. Bundan bir neçə gün sonra "Karateze" klubu futbolçunu sataraq 40 min lira qazanır. Moreno Toriçelli isə uğurlu futbolçu karyerasına qədəm qoyur.
Toriçelli "qoca senyora"nın heyətində 6 mövsüm keçirir. Daha sonra İspaniyanın "Espanyol" klubuna keçən futbolçu İtaliya Millisinin heyətində 10 oyun keçirib.
Futbolçunun nailiyyətləri: Çempionlar Liqasının qalibi (1996), UEFA Kubokunun qalibi (1993), Avropa Super Kubokunun qalibi (1996), qitələrarası kubokun qalibi (1996), 3 qat İtaliya çempionu (1995, 1997, 1998), 2 dəfə İtaliya Kubokunun qalibi (1995, 2001), İtaliya Super Kubokunun qalibi (1995).
Emin Şəmsiyev