Ronald Kumanın (Ronald Koeman) göstərdiyi nəticədən narazı qalan "Barselona" rəhbərliyi komandaya baş məşqçi axtarışına çıxıb.
Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, klub dünən Belçikanın baş məşqçisi Roberto Martinezlə əlaqə saxlayıb. 48 yaşlı müətəxəssis qərar verməyə tələsmir.
"Barselona" rəhbərliyi zaman itirməmək üçün alternativ variant olaraq komandanın sabiq hücumçusu Tyeri Anriyə (Thierry Henry) təklif göndərib.
Xatırladaq ki, Anrinin baş məşqçi olaraq işlədiyi sonuncu komanda Kanadanın "Monreal Impakt" klubu olub.
Emin Şəmsiyev