"Çelsi" klubunun belçikalı hücumçusu Romelu Lukaku BLM-ə (Black Lives Matter) dəstək aksiyası olaraq, diz çökməkdən imtina edib.
Fanat.Az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu bu jestin effektivliyinə şübhə ilə yanaşdığını dilə gətirib: "Fikrimcə rasizmlə daha effektiv şəkildə mübarizə aparmaq olar. Bəli oyundan qabaq diz çökürük, hamı alqışlayır. Oyun bitən kimi yenidən rasist şüarlar eşidirik. Düşünürəm ki, bu jest getdikcə əhəmiyyətini tam olaraq itirəcək".
Xatırladaq ki, bir neçə gün öncə Lukakunun komanda yoldaşı Markos Alonso (Marcos Alonso) da bu aksiyada iştirak etməkdən imtina etmişdi.
Emin Şəmsiyev