"Çelsi" "Yuventus"un müdafiəçisi Matteys De Liqti (Matthijs de Ligt) heyətinə qatmağı planlaşdırır.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, qış "transfer pəncərəsi" zamanı klubun almaniyalı müdafiəçisi Antonio Rüdigerin "Bayern Münhen"ə keçə bilər.
Bunu nəzərə alan "zadəganlar" müdafiədə yaranacaq boşluğu niderlandlı futbolçu ilə doldurmaq niyyətindədir.
Qeyd edək ki, hazırda De Liqtin transfer dəyəri 103 milyon avro olaraq qiymətləndirilir.
Emin Şəmsiyev