Futbol üzrə Türkiyə Superliqasında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb.
Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Konyaspor” matçı bərabərliklə bitib.
Qələbə qazanacağı halda, vahid lider olacaq “Trabzonspor” isə öz meydanında “Alanyaspor”u qəbul edib. Meydan sahibləri Alanya təmsilçisi ilə heç-heçəyə razılaşaraq şansını qaçırıb.
Türkiyə Superliqası
7-ci tur
24 sentyabr
Altay – Beşiktaş 2:1
Qollar: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.
25 sentyabr
Sivasspor – Fatih Karagümrük 4:0
Qollar: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.
Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol: G.Vural, 89.
Adana Dəmirspor – Qaziantep 4:0
Qollar: Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.
26 sentyabr
Girəsunspor – Kayserispor 1:1
Qollar: Diabate, 21 – Attamah, 17.
Başakşəhər – Rizəspor 3:0
Qollar: Okaka, 25; 55; 75.
Hatayspor – Fənərbağça 1:2
Qollar: Luis, 70 – Rossi, 17. Novak, 29.
Qalatasaray – Göztəpə 2:1
Qollar: Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43.
27 sentyabr
Kasımpaşa – Konyaspor 2:2
Qollar: Travnik, 29. Bozok, 63-pen – Koka, 18. Gürler, 21.
Trabzonspor – Alanyaspor 1:1
Qollar: Kornelius, 42 – Dyedyu, 36.