Baş məşqçisi Ronald Kumanı istefaya göndərməyə hazırlaşan "Barselona"nın bu posta daha bir namizədi açıqlanıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sabiq futbolçusu, hazırda "Əl-Sadd" klubunu çalışdıran Xavini komandaya dəvət etmək istəyir.
Ancaq 41 yaşlı mütəxəssisin ailəsi Qətərdə yerləşdiyi üçün İspaniya qayıtmağı hələ ki, düşünmür.
Qeyd edək ki, "Barselona" Kumana bir neçə oyunluq şans verib.