"Mançester Siti" klubunu qarşıda gərgin və vacib qarşılaşmalar gözləyir.
Fanat.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15:30-da "şəhərlilər" İPL-in VI turu çərçivəsində səfərdə "Çelsi"yə qarşı oynayacaqlar. İPL-in turnir cədvəlinin ilk üçlüyündə yer alması üçün "Mançester Siti" mütləq qələbə qazanmalıdır.
Üç gündən sonra (28 sentyabr) Quardiolanın yetirmələri ÇL qrup mərhələsində səfərdə PSJ-yə qarşı oynayacaqlar.
Oktyabrın 3-ü İngiltərə Premyer Liqasının VII turunda isə klub daha bir səfər oyunu keçirəcək. Bu dəfə rəqib İngiltərə nəhəngi "Liverpul" olacaq.
Xatırladaq ki, komandanın müdafiəçiləri Aleksandr Zinçenko, Benjamin Mendi, Con Stounz, yarımmüdafiəçiləri İlkay Gündoğan və Rodri zədəlidir.
Emin Şəmsiyev