"Mançester Yunayted"in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson (Sir Alex Ferguson) portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 2009-cu ildə "Real Madrid"ə keçmək üçün komandadan ayrılma səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə 79 yaşlı mütəxəssis "Mançester Yunayted"in rəsmi saytına danışıb:
"O, "Real Madrid"ə keçməyi xəyal edirdi. Mən buna qarşı deyildim. Heyətimizdə inanılmaz 6 mövsüm keçirmişdi. Ronaldunun belə böyük bir klubda oynamasını mən də istərdim. Biz bunu normal qarşıladıq. Onun yerinə Atonio Valensiyanı (Antonio Valencia) komandaya cəlb etdik.
Mən əmin idim ki, Ronaldu "Real Madrid"də yüksək səviyyəli futbol oynayacaq. Əmin idim kİ, o "Real"ın əfsanəsinə çevriləcək. Ronaldu əsl "Real Madrid" futbolçusu idi. "Kral klubu"nda daha da yüksək nailiyyətlərə çatdı. Ora böyük klubdur və hər bir futbolçu "Real"da oynamağı xəyal edir".
Xatırladaq ki, Ronaldu "Real Madrid"in heyətində 292 oyuna 311 qolla yadda qalıb.
Emin Şəmsiyev