PSJ-nin və Fransa millisinin sabiq hücumçusu Nikolya Anelka Kilian Mbappenin "Qızıl top" mükafatını qazanmaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, "Get French Football News" Anelkanın söylədiklərini belə çatdırıb:
"Mbappe fenomenal oyunçudur. Sürət baxımından planetdə onun kimisi yoxdur. PSJ ən yaxşı komanda olmaq istəyirsə, Kilianı heyətdə saxlamaq üçün mümkün olan hər şeyi etməlidir. Amma fikrimcə, Mbappe yeni üfüqlərə boylanır, "Qızıl top"u qazanmaq istəyir. Ancaq gücünə görə Avropada 6-cı olan çempionatda top qovduğu halda, bu mükafata sahib çıxa bilərmi? Son üç ildə İngiltərə və ya İspaniyada oynasaydı, artıq "Qızıl top"u qazanmışdı".
Nihat